Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

Villası yandırılan vəkilə hədə zəngləri gəlir

İlham Əsədov: “Sifarişi verən vəzifəli şəxslərdir...”


Evi yandırılan vəkil İlham Əsədovu müxtəlif nömrələrdən zəng edib hədələyirlər. Vəkil bildirir ki, fevralın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivindəki bağ evi yandırılandan sonra onu hədələməyə başlayırlar: 

“Xaricdən zəng edib məni hədələyirlər. Deyirlər ki, özünü yığışdır, şikayət eləmə, yoxsa övladlarınla haqq-hesab çəkəcəyik. Mən həmin şəxslərin müəyyən edilməsi üçün müraciət etmişəm. Bu hədələr, evimin yandırılması mənim vəkillik, bundan əvvəl isə müstəntiq kimi fəaliyyətimlə əlaqəlidir”. 



İ.Əsədov deyib ki, bağ evinin yandırılması ilə bağlı artıq araşdırmalar başlayıb: “Məni dəfələrlə hədələyiblər. Amma yolumdan döndərə bilməyiblər. Həmin adamlar villamın yandırılması ilə bağlı araşdırmalara mane olma ehtimalları böyükdür deyə, mən fövqəladə hallar naziri Kamaləddin Heydərova müraciət etdim. Xahiş etdim ki, məsələni şəxsi nəzarətinə götürüb araşdırlmasını təmin etsin. Bundan sonra FHN-də ekspert qrupu villamdan 5 saat ərzində yenidən araşdırma apardı, nümunələr götürdülər. Mənim bağ evimdə qaz ümumiyyətlə, yoxdur, elektrik cərəyanı isə darvazanın yanında, küçədən söndürülüb-yandırılır. Bağda olmadığımız müddətdə cərəyanı söndürürük. Belə bir halda villada yanğın nədən meydana gələ bilər? Qaz yox, cərəyan yox. Üstəlik bağ evinin həyətində kənar şəxslərin ayaq izləri var. Hasarın üstündə kənar şəxslərin əraziyə daxil olmasının qarşısını almaq üçün bərkidilən iti uclu şüşə parçalırı da sındırılıb. Hasarın həmin yerində ”stoyak" dirəyiblər ki, həyətdən asanca çıxıb gedə bilsinlər. Bunu bağ evimin ərazisinə girənlər edib".

Vəkil FHN-in obyektiv araşdırma aparılacağına ümid edir: “Villam mənim vəkillik fəaliyyətimlə əlaqədar yandırılıb. Sifarişçilərin kimliyi haqda məlumatlıyam. Sifarişi verən vəzifəli şəxslərdir”. 

Vəkil deyib ki, vaxtilə müstəntiq işləyib, 2005-ci ildən sonra isə vəkillik fəaliyyəti ilə məşğul olub. O, ekspertizanın rəyindən sonra mətbuata əlavə açıqlama verəcəyini bir daha diqqətə çatdırıb./musavat/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50
Nardaran işi