Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Əlbir olub bir deputat bir icra başcısı ilə… Taladılar Leriki tədbir ilə…

Lerikin icra başçısı Rövşən Bağırovla bağlı maraqlı bir məlumat ortaya çıxıb.

İcra başçısı rayonun deputatı İqbal Məmmədovla birlikdə sözün həqiqi mənasında Lerikin axırına çıxmaq qərarına gəliblər. Üstəlik, bu missiyanı həyata keçirmək üçün büdcənin pullarından geninə-boluna istifadə edirlər.

Rayondan aldığımız məlumatda qeyd olunur ki, Rövşən Bağırov onun qəbuluna gələn şikayətçiləri ümumiyyətlə, saymır. Yaşlı köməkçisi vasitəsi ilə yola saldığı bu adamların dərdləri isə başlarından aşır. Durum o qədər qəlizdir ki, hətta bu yaxınlarda lerikli yaşlı adamlardan biri məhz icra başçısının saxladığı cangüdəni vasitəsi ilə şikayətə gəldiyi üçün döyülüb.

Amma gələn xəbərlərdə İqbal Məmmədovla Rövşən Bağırovun bir sıra «əməliyyat»larından da bəhs olunur. Yerli icra nümayəndələrinin təbirincə desək, icra başçısı «cibxərcliyi»ni çıxarmağın asan yolunu tapıb.

Verilən məlumatda deyilir ki, Lerik rayon İcra Hakimiyyəti başçısının kəndlər üzrə İcra Nümayəndələrinə ayrılmış pulların böyük qismi məhz Bağırovun cibinə gedir. Bu barədə şikayətçi olan bir neçə icra nümayəndəsi isə dərdini deyə biləcək kimsəni tapa bilmirlər. Çünki onların şikayətləri sonunda icra başçısına çatacaq ki, bu da təkcə onların işdən çıxarılması ilə deyil, həm də həbslərinə gətirib çıxara bilər.

Rövşən Bağırovun «cibxərcliyi» isə əsasən İcra Nümayəndələrinə ayrılmış «sair xərclər»dən çıxır. Belə ki, təkcə bu ilin 9 ayı ərzində Lerikin 10-dan artıq kəndinə ayrılmış 100 min manatdan artıq vəsait məhz həmin «cibxərcliyi» kimi silinib. İddialara görə, rayonun icra başçısının pulsilmə əməliyyatına isə deputat İqbal Məmmədova məxsus şirkət yardımçı olub.

Lerik rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd İcra Nümayəndəliyinə sair xərclər adı altında 11400 manatayrılıb. Sair xərclər adı altında silinmiş pulların siyahısı isə aşağıdakı kimidir:

- Livədirqə icra nümayəndəliyi -9000 manat;
– Blaband icra nümayəndəliyi -9496 manat;
– Kirəvud icra nümayəndəliyi – 9196 manat;
– Osyodərə icra nümayəndəliyi – 9600 manat;
– Nücü icra nümayəndəliyi -10498 manat;
– Lerik şəhər icra nümayəndəliyi- 6200 manat;

Qeyd edək ki, bu icra nümayəndəliyinə ayrılmış pulların silinməsi işlərini «İlkin-K» MMC həyata keçirib. Bu şirkətin deputat İqbal Məmmədova məxsus olduğu deyilir və əsas işi də İcra Hakimiyyətinin bu tip əməliyyatlarında iştirakdan ibarətdir.

- Çayrud icra nümayəndəliyinə ayrılmış 7648 manatın aqibətinə isə “Toxucu” km şirkəti aydınlıq gətirib. Lerik şəhər İcra Nümayəndəliyinə «Əsaslı təmir işlərinin satın alınması» adı altında ayrılmış 31 min manat isə “Ayxan-2″ MMC tərəfindən «yola verilib». «Ayxan-2» MMC həmçinin Lerik İcra Nümayəndəliyinin «Digər maşın və avadanlıqların satın alınması» sirarifinə görə, daha 29800 manatı icra başçısının «cibxərcliyi»nə yönəldib. Bu şirkət o cümlədən, inventarların alınması işinə də qatılıb və 10 min manatlıq bir «əməliyyat»ın iştirakçısı olub. Yumuşaq inventarların alınması prosesində isə 8920 manatın aqibəti Rövşən Bağırovun insafına qalıb. Lerik rayon İcra Hakimiyyəti isə ərzaq məhsulları və sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına “Ayxan-2″ MMC-nin əliylə 10943,6 manat pul ayırıb ki, həmin ərzaqın da kimə verildiyini rayonda bilən yoxdur.

Rövşən Bağırov və İqbal Məmmədovun izi itirmək üçün ortaya kənar şirkətləri də qatması halları da mövcuddur. Verilən məlumata görə, Rövşən Bağırovun yaxınlarına məxsus “Nahid-Sübhan” MMC şirkəti elə də böyük pulların silinməsində iştirak etməyib. Məsələn, bu şirkət Lerikin Tikəband İcra Nümayəndəliyinin cari təmir işlərinin satın alınmasına rəhbərlik edib və 7300 manatlıq «iş» görüb./azerinfo/
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber