Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

İki uşaq atası özünü asdı

Onun özünə qəsd etməsinin səbəbi barədə məlumat verilmir.

Şəmkir rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ans-ə verilən məlumata görə, şəhər sakini, 1977-ci il təvəllüdlü Ramil Adil oğlu Əkbərov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən avtomobillərin qoşqusu üçün istifadə edilən kəndirlə asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar edilib və hadisə yerinə polis və prokurorluq əməkdaşları baxış keçirib.
39 yaşlı kişinin canına qəsd etməsinin səbəbləri barədə hələlik məlumat verilmir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İntihar edən kişinin 2 azyaşlı övladı var və uzun müddətdir ki, işsiz imiş.
Ölkə ərazisində sonuncu özünü asma faktı fevral ayının 11-də Gəncədə baş verib. Şəhərin Dədə Qorqud 20 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Taleh Şubay oğlu Qayıbov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Asılmış meyit mərhumun ailəsi tərəfindən aşkar edilib.
602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı