Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

Mingəçevirdə dövlət idarəsinə bıçaqlı basqın - Qapını bağladı və...

Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə bıçaqla hücum edən qadın həbs olunub.

Məlumata görə, şəhər sakini 1978-ci il təvəllüdlü İbrahimli Gülşən Asif qızı üzərində gəzdirdiyi bıçaqla mərkəzin aparıcı mütəxəssisi Ülviyyə Cəfərovanın xidməti otağına daxil olaraq qapını içəridən bağlayıb və onu ölümlə hədələyərək ondan pul və üzərindəki qızılları tələb edib.

Hadisənin fevralın 16-da baş verdiyi açıqlanıb.

Ülviyyə Cəfərova qışqıraraq mərkəzin işçilərini köməyə çağırıb və qorxudan huşunu itirərək yerə yıxılıb. Mərkəz əməkdaşlarının köməyi ilə bıçaqlı şəxs zərərsizləşdirilib. Ülviyyə Cəfərovaya tibbi yardım göstərilib.

Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları Gülşən İbrahimlini saxlayaraq istintaqa təhvil veriblər. Daimi narkotik istifadəçisi olan Gülşən İbrahimli barəsində cinayət işi açılaraq araşdırma aparılır. Bu gün G. İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib.

Gülşən İbrahimlinin əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilib.

Onun iki övladı var./aznyus/
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber