Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2016

"MTN-də dedilər, 600 min ver, buraxaq"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Onlar Qaraçuxur məscidini yandırmaqda təqsirli bilinirlər.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Elnur Ələkbərov son sözlə çıxış edib. O, çıxışında günahı olmadığını deyib: "Hadisə günü Manaf adlı dostumuzgildə oturmuşduq. Yeyib-içdik. Sonra Namiqlə birlikdə taksiyə mindik. Namiq yolda benzin aldı. Səbəbini bilmirdik. Məscidə çatdıq. O düşdü, bir müddət sonra qaça-qaça gəldi. Bildim, nə məsələdir. Günahım elə odur ki, bu işi bilib gizlətmişəm. Səhəri başımıza çuval keçirib MTN-ə gətirdilər, adımı terrorist qoydular, dedilər, 600 min ver, səni buraxaq. Axşam işgəncə verdilər, elektroşokla bədənimizə vurdular. Hamısı qara maskalılar idi. Onların cəzalanmasını istəyirik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, ittiham aktında üstündə silah tapıldığı ilə bağlı yazılanlar da doğru deyil: "O silahdan xəbərim yoxdur. Özüm 2006-cı ildə MTN-də çalışmışam. 2007-ci ildə isə rəsmi olaraq bu nazirliyin işçisi olmuşam. Terrorizmə həmişə nifrət etmişəm. Həmişə dövlətə sadiq olmuşam. Bir sıra əməliyyatlarda iştirak etmişəm. Həmin an bir şey fikirləşmişəm: xalqım sağ olsun. Amma bunlar məni terrorist kimi tutublar. Mənim heç bir günahım yoxdur".

Digər təqsirləndirilən Namiq Nəsibov isə dərman qəbul etməli olduğunu deyib və son söz üçün vaxt istəyib. Məhkəmə prosesi fevralın 29-da davam edəcək.

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Namiq Nəsibovun 17 il, Elnur Ələkbərovun isə 16 il müddətə azadlıqdan məhrum edilməsini istəyib./lentaz/
766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat