Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Səhər ruhani libası geyinib, axşam qalstuk taxanlar...

Seyid Ziyauddin – insanlardan olan şeytanlar

Seyid Ziyauddin Təbatəbai (h-ş. 1268-1348) İranda son Qacar şahının dövründə (29-cu) baş nazir olub. Atası Seyid Əli Ağa Yəzdi Nəcəf hövzəsində təhsil və tədrislə məşğul olub, İranda Məşrutənin edam etdiyi Şeyx Fəzlullah Nurinin yaxın silahdaşı kimi tanınıb.
Amma oğul - Seyid Ziyauddin Təbatəbai ömrünün sonuna qədər İngiltərənin İran üzərində hökmranlığına xidmət edib. Dini təhsil alıb, fransız və ingilis dillərinə yiyələnib. O lazım gələndə ruhani libası geyinib, lazım gələndə qalstuk taxıb. Özünü din himayədarı kimi göstərib, dini nəşriyyələr üzərində çalışıb, məşrutəyə dəstək verib. Əqidəsinə müxalif şəxslərin terroru göstərişini verib, təqsirli bilinəndə Belçika səfirliyinə sığınıb. İkinci terror göstərişi ardınca İngiltərə səfirliyində gizlənib, Türkiyəyə qaçıb. Həbs edilib, məşrutəçilər vasitəsilə azadlığa çıxıb.
Rusiyada bolşevik inqilabından sonra rusların yerini boş görən İngiltərə Ziyauddini siyasi, Rzaxanı hərbi fiqur olaraq ortaya atıb. H-ş.1299-cu ildə İranda rus hökmranlığı devrilib, Qacarın hökmü ilə Ziyauddin baş nazir, Rzaxan ordu komandanı təyin edilib.
Siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra Cenevrədə yaşayıb, daha sonra Fələstin müftisinin dəvəti ilə Fələstinə gedib. İngiltərə Rzaxanı İrandan çıxarıb oğlu Məhəmmədrzanı şah təyin edəndə öz etibarlı fiquru olaraq Ziyauddini İrana qaytarıb. Ziyauddin Rusiya meylli Tudə partiyasına qarşı İngiltərəyə xidmət edən Vətən partiyasını yaradıb... Ömrünün son illərini Tehran malikasində keçirib.

Vilayet.info
763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı