Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Nicat Əliyevin əmlakı geri qaytarılmır

Dini fəal, jurnalist Nicat Əliyev həbs olunarkən üstündən və evindən götürülən əşyalar geri qaytarılmır.

Vəkil Yalçın İmanov “Media forum” saytına bildirib ki, Nicat Əliyevi 2011-ci ilin mayın 20-də Yasamal polisinin 27-ci bölməsinin əməkdaşları həbs edib: “Nicat Əliyev həbs olunarkən onun maşınından və üstündən 900 manat pul, “BlackBerry” mobil telefonu, sürücülük vəsiqəsi, hərbi bilet, evindən “Notebook” kompüteri, “Saz” modemi və 140-a yaxın kitab aparıblar. Hökmün verilməsini gözlədik görək ki, götürülən əşyalarla bağlı hansı münasibət bildiriləcək. Məlum oldu ki, hökmdə xüsusi müsadirəyə cəlb edilmə ilə bağlı heç nə yoxdur.Əşyaların geri qaytarılması üçün işin ilkin istintaqını aparan Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Canəli Nuriyevə müraciət etdim. Canəli Nuriyev bildirdi ki, əşyaların hamısı işin istintaqını sonradan aparan və ittiham aktını tərtib edən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Mehdi Mirzəyevə təhvil verilib. Mehdi Mirzəyevə də müraciət etdim, guya bu işlə məşğul olacağını bildirdi. Təəssüf ki, müraciətdən müəyyən müddət ötməsinə baxmayaraq cavab yoxdur.Qanunun tələbinə görə, Nicat Əliyevin əşyaları sahibinə qaytarılmalıdır. Bunu nəyə görə saxlayırlar, məqsəd nədir, anlaya bilmirəm”.Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
1495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi