Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Rəşad Ramazanov barədə müraciət hazırlanıb

Rəşad Ramazanovun vəkili təcridxana rəisinə və ombudsmana müraciət hazırlayıb

Dindar bloqçu Rəşad Ramazanovun vəkili Azər Nağıyev Bakı İstintaq Təcridxanasının rəisinə və ombudsmana müraciət hazırlayıb. “Media forum”a açıqlama verən vəkil dustağın saxlandığı təcridxanada hüquqlarının pozulduğunu deyib: “Rəşad Ramazanov təcridxanadakı kitabxanadan, qəzetlərdən istifadə edə bilmədiyindən gileylənir. Ona heç bir əsas göstərilmədən qadağa qoyulub. Müraciətdə qadağanın niyə tətbiq edildiyinə aydınlıq gətirilməsini, hüquqlarının təmin edilməsini istəyirik. Biz ən azı kitabxanada saxlanan materiallardan və qəzetlərdən istifadə edə bilməsini xahiş edirik”.

Rəşad Ramazanov mayın 9-da həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilir. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.

Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.
1753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı