Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Abonentlər “Azəriqaz”ın işçisini döydülər - Bakıda

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ilə abonentlər arasında insident baş verib.

Hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Qaz idarəsinin əməkdaşı Ramil Məmmədov qaz tənzimləyicisini təmir edərkən abonentlərə təbii qaz verilməsində fasilələr yaranıb, qazın təzyiqində fərqlər əmələ gəlib.

Bu vaxt abonentlərdən biri Ramil Məmmədova yaxınlaşıb, onların arasında mübahisə yaranıb. Abonent qaz idarəsinin əməkdaşı əli ilə, daha sonra isə qaz açarı ilə döyüb. Səs-küyə daha bir neçə abonent hadisə yerinə toplaşıb. Onlar da qonşularına dəstək veriblər və qaz idarəsinin işçisinin döyülməsi prosesinə qoşulublar.

Hadisə nəticəsində Ramil Məmmədov çoxsaylı xəsarətlər alıb və hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır./musavat/
669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber