Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Beyləqanın milyonçu bələdiyyə sədri -FOTOLAR

Novruz Quliyevin 150 metr uzunluqdak dükanlar şəbəkəsi, bahalı villası və geniş maliyyə imkanları var 

Beyləqan Azərbaycanın strateji rayonlarından biri olmaqla yanaşı, həm də işğalçı ermənilərin hədəfində olan yaşayış məntəqələrimizdən sayılır. Hələ Birinci Qarabağ savaşı zamanı erməni terrorçuları dəfələrlə bu rayonu ələ keçirmək üçün cəhdlər etsələr də, arzularına çata bilməmişdilər. 

Beyləqan rayonu bəzi yerli məmurlar və özünüidarəetmə orqanlarının da qazanc yerinə çevrilib. Şəhər Bələdiyyəsinin sədri Novruz Quliyev 2014-cü ildə səsvermə yolu ilə deyil, tapşırıq əsasında bələdiyyə sədri seçildikdən sonra pul qazanmağın bütün yollarını axtarıb, tapmağı bacarıb. 

Bunun əyani sübutlarından biri odur ki, Quliyev bələdiyyə sədri olmamışdan öncə köhnə birmərtəbəli evdə yaşayırdısa, hazırda ikimərtəbəli, özü də cəh-cəlallı bir sarayda yaşayır. Onun bələdiyyə sədri seçilməsi isə hələ seçkilərdən sonra beyləqanlılar tərəfindən təəccüblə qarşılanmışdı. Çünki heç bir idarəçilik təcrübəsi olmayan, rayonda daha çox diş həkimi kimi tanınan bir şəxsə belə starteji rayonu etibar etməyin kifayət qədər müəmmalı olduğu dilə gətirilirdi. 

Novruz Quliyev vəzifəsindən sui-istifadə edərək, hərracdan kənar torpaq alveriylə məşğul olur. İddialara görə, sözügedən şəxs məhz bu addımları sayəsində bir ilin içində xeyli varlanmağı bacarıb. 

Məlumatlarda vurğulanır ki, Novruz Quliyev Beyləqanın sabiq icra başçısı, əhali arasında heç də yaxşı münasibətə malik olmayan Xasay Əhmədovun kürəkənidir. İcra başçısı olduğu müddətdə Beyləqanın Mərkəzi Bazarına sahiblənən Əhmədov, bu gün də oradan özünə gəlir götürməkdə davam edir. 

Novruz Quliyev də qayınatasının bu hərəkətlərindən bəhrələnən biridir və bu səbəbdəndir ki, onun Beyləqan bazarının qarşısında uzunluğu 150 metr olan obyektləri sıralanıb. Həmin dükanlar hazırda icarəyə verilib./jam/






709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı