Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

İraq ordusu Əl-Ənbar vilayətində 50-ə yaxın terrorçunu məhv etdi

İraq ordusunun Əl-Ənbar vilayətində İŞİD-ə qarşı davamlı qәlәbәlәrinin ardı kəsilmir.

İraq ordusunun Əl-Ənbar üzrə keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edən İsmail Məxlui bəyan edib ki, hökümət qüvvələri İŞİD terror qruplaşmasının hücumunun qarşısını alaraq, 50-ə yaxın terrorçunu məhv etməyə müvəffəq olub. Bu əməliyyat zamanı aviasiya quru qoşunlara dəstək verib. Hərbçilər həmçinin Ramadiyə aparan magistral yolda da nəzarəti bərpa ediblər.

Qeyd edək ki, son günlər ərzində İraqın Silahlı Qüvvələri vә Xalq Könüllülərindən ibarət dəstə Əl-Ənbar vilayətində İŞİD terror qruplaşmasına qarşı fәal anti-terror əməliyyatları keçirirlər./deyerler/
702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber