Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Bakı metrosunda gərgin anlar

“Nizami” stansiyasından “28 May” stansiyası istiqamətində hərəkətdə olan 32 saylı qatarda texniki nasazlıq yaranıb

Bu gün səhər saatlarından Bakı Metropolitenində qatarların hərəkətində problemlər yaranıb. Hadisə şahidlərinin ans-ə verdikləri məlumata görə, metropoliteninin “Koroğlu”, “Nizami”, “Nərimanov”, “Neftçilər”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “28 May”, “Sahil”, “20 Yanvar” stansiyalarında sərnişin sıxlığı yaranıb. Qatarların hərəkəti dayanıb. “Nizami” stansiyası ilə “28 May” stansiyası arasında qatar tuneldə 10 dəqiqəyə yaxın dayanıb. İnsan sıxlığı və gərginlik sərnişinlər arasında müəyyən narahatlıq yaradıb.

Qatarların hərəkətində problem yaranmasına səbəb “Nizami” stansiyasından “28 May” stansiyası istiqamətində hərəkətdə olan 32 saylı qatarda texniki nasazlıq yaranıb. Bu səbədən sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Arada 3-4 dəqiqə gecikmə olub.
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber