Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

PYD lideri: "Suriyada müstəqil kürd dövləti yaratmaq istəmirik"

Suriyalı kürdlərin PYD təşkilatının lideri Saleh Müslim Suriyada Türkiyəyə qonşu müstəqil bir kürd dövləti istəmədiklərini deyib.

PYD lideri Saleh Müslim Türkiyənin də "qırmızı xətt" kimi səciyyələndirdiyi Suriyanın Azəz şəhərinin hədəflərində olmadığını bəyan edib.

Almaniyanın DPA xəbər agentliyinə müsahibə verən Müslim məqsədlərinin yalnız konstitusion hüquqlarının əldə edilməsi olduğunu bəyan edib.

Türkiyəni "kürdofobiyada" ittiham edən PYD lideri sözlərinə belə davam edib: "Türkiyənin təhlükəsiz zona yaratmaqda səyi, Suriyanın daxili işlərinə açıq-aşkar müdaxilədir. Ərəb, kürd və türkmənlər daxil olmaqla Suriya cəmiyyətinin bütün komponentləri bu təşəbbüsü inkar edirlər".

Saleh Müslim Türkiyənin Səudiyyə Ərəbistanı ilə Suriyaya bir quru hərəkatı hazırlıqları etmələri ilə bağlı çıxan xəbərləri də dəyərləndirib: "Türkiyə bir çox ölkәlәri Suriya müharibəsinə cәlb etmәyә çalışır. Ancaq mən bu məsələdə uğurlu olmayacağını düşünürəm. Səudiyyə Ərəbistanı Türkiyə ilə müharibəyə girməyəcək qədər ağıllıdır"./deyerler/
752 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber