Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Bakıda bir gündə iki nəfər özünü yandırdı

Hazırda hər iki şəxsin vəziyyəti ağırdır.

Bakı sakini özünü yandırıb. Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Respublika Yanıq Mərkəzindən ans-ə verilən məlumata görə, qəsəbənin 1983-cü il təvəllüdlü Ceyhun Abdulla oğlu Abdullayev ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən 33 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Suraxanı Rayon Polis İdarəsindən hazırda hadisənin başvermə səbəblərinin araşdırıldığını bildirdilər.
33 yaşlı kişidən başqa Respublika Yanıq Mərkəzinə özünü yandıran daha bir şəxs gətirilib. Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi, 23 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Eldar Akif oğlu Bəkirov üstünə benzin tökərək özünü yandırıb. 

Xəstəxanadan onu da bildirdilər ki, özünü yandıran Eldar Bəkirov kimsəsizdir. Bəzi məlumatlara görə , E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib. Hazırda həmin şəxsin də vəziyyəti ağırdır.
684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı