Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Su da bahalaşdı

Qablaşdırılmış suların qiyməti 50% qalxıb.

Ötən il dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların bahalaşması bir çox məhsullar kimi qablaşdırılmış suların da qiymətinə təsirsiz ötüşməyib. Belə ki, ayrı-ayrı şirkətlər tərəfindən istehlakçılara satılan qablaşdırılmış suların qiyməti iki dəfə bahalaşıb.

Bakının bir çox mağazalarından apardığımız araşdırma nəticəsində öyrəndik ki, suların qiyməti 50% qalxıb. Satıcılar bildirdilər ki, qiymətlərin artımı nəticəsində qabalşdırılmış suya olan tələbat əvvəlki günlərlə müqayisədə xeyli azalıb.
Əgər əvvəllər insanlar qablaşdırılmış suların daha təmiz olduğunu düşünərək, bu növ suları almağa daha çox üstünlük verirdilər . Amma qiymətlər artdıqdan sonra mənzillərə verilən sularla kifayətlənməli olurlar. Suya verilən pulla isə daha çox qida və digər tələbatlarını ödəməyə çalışırlar./ans/
661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber