Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Putin Ərdoğanı nüvə silahı ilə hədələdi

"Belə bir toqquşma çox böyük bir sürətlə nüvə müharibəsinə çevrilə bilər."

Amerikalı nüfuzlu jurnalist Robert Perri Türkiyə - Rusiya münasibətlərinə dair qalmaqallı iddialarla çıxış edib. Perri Rusiya prezidenti Putinin Ərdoğanı taktiki nüvə silahı ilə hədələdiyini bildirib. Robert Perri redaktoru olduğu “Consortiumnews.com” saytında məlumatı Putinə yaxın bir mənbədən aldığını iddia edib.
“Rusiya prezidenti Vladimir Putinə yaxın bir mənbə mənə, rusların Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana, hər hansı bir türk-səud quru hərəkatı olacağı təqdirdə lazım gələrsə Moskvanın taktiki nüvə silahından istifadə etməyə hazır olması barədə xəbərdarlıq etdiyini deyib.”
Perri bildirib ki, Tyürkiyə NATO-ya üzv olduğu üçün belə bir toqquşma çox böyük bir sürətlə nüvə müharibəsinə çevrilə bilər.
“Çərşənbə axşamı günü jurnalistlər prezident Barak Obamaya sual verərkən soruşulması vacib olan amma verilməyən sual, Amerikanın Türkiyə ilə Səudiyyə Ərəbistanının Suriyanı işğal etməsinin qarşısını alıb-almayacağı idi. Çünki bu çirkli Suriya müharibəsinin üçüncü dünya müharibəsi və nüvə hesablaşmasına çevrilib-çevrilməyəcəyi bu sualın ətrafında idi./ans/
734 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17