Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2016

Mövsüm Səmədov xalqımıza baş sağlığı verdi

Vəkil Yalçın İmanov bu gün Qobustan Qapalı Həbsxanasında AİP lideri Mövsüm Səmədovla görüşüb.
Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) qızı Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günləri və qarşıdan gələn Xocalı soyqırımının il dönümü ilə bağlı bütün dünya müsəlmanalarına və Azərbaycan xalqına başsağlığı verib.

Vəkilin sözlərinə görə, Mövsüm Səmədov Xanım Fatimeyi-Zəhra(s.ə)-nın şəhadət günləri münasibəti ilə ilk öncə zəmanənin imamı Həzrəti İmam Zamana(ə.f), Əhli-beyt sevərlərə və bütün dünya müsəlmanlarına baş sağlığı ərz edib: “Allahdan arzum budur ki, dünya və axirətdə bizləri Həzrəti Fatimeyi-Zəhranın(s.ə) inayət və şəfaətindən məhrum etməsin.”

Mövsüm Səmədov görüş zamanı qarşıdan gələn Xocalı faciəsinin il dönümü ilə bağlı da xalqımıza baş sağlığı verib. Vəkil bu barədə verdiyi açıqlamada deyilir: “Erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımı soydaşlarımızın faciəvi şəkildə öldürülməsinə səbəb olub. Lakin Qarabağın işğalı ilə bağlı yaranmış problem cəmiyyətimizin bütün sahələrini öz təsiri altında saxlayır. Hegemon güclər, xüsusilə beynəlxalq imperializm tərəfindən yaradılmış bu problemi təəssüflər olsun ki, mövcud hakimiyyət də aradan qaldırmaq iqtidarında deyil. Qarabağ problemi yalnız xalqın mərd, imanlı və şəhid ruhiyyəli övladlarının “Allahu Əkbər” şüarı altında öz həllini tapacaq. Bir daha xalqımıza qarşıdan gələn Xocalı faciəsinin öl dönümü ilə bağlı başsağlığı ərz edir və dünyadan köçənlərə Allahdan rəhmət diləyirəm.”
690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber