Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

“Azəriqaz” göz yaşlarına inanmır

Məcburi köçkün soyuqdan donduqlarını, qaz idarəsi isə «pulu ödə» deyir

“Hava şəraitinin soyuq və şaxtalı olduğu vaxtda “Azəriqaz” İstehsalat Birliyi 3 körpə uşaqla ailəmi soyuqla sınağa çəkir”. Bu sözləri Füzuli rayonundan məcburi köçkün, Binəqədi rayon, Dərnəgül qəsəbəsi 1 saylı “ETK”-nın stadionunda müvəqqəti məskunlaşmış Abbasov Qənəhəd Qənimət oğlu “Bizim Yol” qəzetinə ünvanladığı müraciətində yazıb.

Şikayətçi bildirir ki, Binəqədi Rayon Qaz İstismar Sahəsi 2013-cü ilin mart ayından onun yaşadığı mənzilə qazın verilməsini dayandırıb: “Mənim adıma sayğac olmasa da, yerli qaz idarəsi mənə borc yazıb. Bu borcu ödəməyəcəyim günə qədər qaz verilməyəcəyi bildirdi”.
Q.Abbasov işsiz olduğunu üçün ailəsini sosial yardımla dolandırdığını və 211 manatı ödəmək imkanı olmadığını bildirib. “Əvvəl bu müəmmalı borcu hissələrlə ödəmək barədə razılaşsaq da, Qaz İstismar Sahəsi əməkdaşları mənə zəng vuraraq «yuxarı»dan bununla razılaşmadıqların bildirdilər. İndi Binəqədi QİS bizi “ya ac qal, ya da don” seçimi qarşısında qoyub.
Qaz İstismar Sahəsinin özbaşınalığı ilə bağlı Prezident İlham Əliyevə, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə müraciət etmişəm. Dövlət Komitəsi bu məsələnin onların səlahiyyətində olmadığını bildirdi. Başqa müraciətlərimə isə hələ də cavab verilməyib”.
Binəqədi Rayon Qaz İstismar Sahəsinə yollanan əməkdaşımıza şöbə rəisi Hüseynov Həsən bildirdi ki, borc ödənilməyəcəyi halda qaz verilməyəcək: “Problemdən xəbərimiz var, bizdən şikayət etmişdilər. Şikayətçiləri idarəyə çağırıb, problemlərini dinlədik. Borcun olmasını adına sayğac olan şəxs təsdiqlədi. Məsələ burasındadır ki, bir sayğacdan iki ailə istifadə edir. 421 manat borc yaranıb. Ailənin biri, yəni adına sayğac olan şəxs borcun yarısını, 210 manatı ödəyib. Borcun yarısını isə sayğacdan istifadə edən Qənəhəd Abbasov ödəməlidir. Bu iki ailə arasında olan razılaşmaya görə belə olmalıdır. Bizim üçün borcun kimin ödəyib-ödəməməsinin əhəmiyyəti yoxdur. Hər iki ailə qazın verilməsini tələb edir, biz qazın verilməsini o zaman bərpa edəcəyik ki, borc tam ödəniləcək”./bizimyol/
1678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber