Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Eldar Sabiroğlu : “Ramiz Mehdiyevin mülklərinin siyahısını açıqlayacam”

“Bu yaxınlarda onun hansı varidat və mülklərə sahib olması barədə siyahını cəmiyyətə təqdim edəcəyəm”

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu “Basta”ya göndərdiyi məqaləsində digər məsələlərlə yanaşı, onu da yazıb ki, PA rəhbəri Ramiz Mehdiyev Rusiyanın ən inanılmış adamı olaraq, Azərbaycanın Qərb və Avropa ilə münasibətlərinin korlanmasında rol oynayıb. Məqaləni olduğu kimi təqdim edirik:

“Ramiz Mehdiyevin istefasının vaxtı çatıb! Yüksək kadr islahatı aparılmadan iqtisadi-sosial problemləri aradan qaldırmaq mümkün olmayacaq. Bu, birmənalıdır. Prezidentin verdiyi anonslarda da iqtidara yeni simaların gətirilməsinə ciddi işarələrin göstərildiyinin şahidiyik. İlkin addımlar artıq atılmağa başlayıb.

Paslanmış kadrlardan, üzü-üzlər görmüş yüksək səlahiyyət sahiblərindən birdəfəlik xilas olmağın vaxtı çatıb. Cəmiyyət bu prosesin başa çatdırılmasını səbirsizliklə gözləyir. Mən, əlbəttə, hamını bu cərgəyə qatmaq fikrindən uzağam. Hakimiyyətdə dürüst adamlar da az deyil. Lakin elələri də vardır ki, insanlar artıq onlardan boğaza yığılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi xüsusi olaraq nəzərdə tuturam. Ölkədə baş verən bəzi neqativ halların cavabdehi kimi hər şeyi dövlət başçısının üzərinə yükləmək, fikrimcə, ədalətli deyildir.

Daxili siyasi proseslərə əngəl törədən faktorlardan biri və başlıcası bayaq adını çəkdiyim adamla bağlıdır. O, nə qədər ki, dövlətdə təsir gücünü saxlayacaq, ölkə bir o qədər də bunun ziyanını görəcəkdir. Qrupların yaradılmasının, intriqa ocaqlarının təşkilinin, insanların ayrı seçkilik nöqteyi-nəzərindən qiymətləndirilməsinin əsas banisi və hərəkətverici qüvvəsi Ramiz Mehdiyevdir. O, təkcə Prezident Adminstrasiyasının rəhbəri kimi yox, Təhlükəsizlik Şurasının katibi, Əfv Komissiyasının və Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri kimi insanları çox asanlıqla özündən asılı vəziyyətə salır və istədiyi maraqları yeridir.

Əslində ən böyük korrupsioner onun özüdür! Bu yaxınlarda onun hansı varidat və mülklərə sahib olması barədə siyahını cəmiyyətə təqdim edəcəyəm. Ona görə də bu gün onun hakimiyyətdə belə yüksək vəzifələr tutmasına heç cür bəraət qazandırmaq olmaz. O, istefa verib getməlidir! Mən dövlətin maraqlarını hər şeydfən üstün tutan insanlara səslənir, bu barədə onlardan dövlət başçısısına müraciət etmələrini xahiş edirəm. Onun bir sıra xarici məsələlərdə də ölkənin əleyhinə çıxdığının, müəyyən olunmuş strateji xəttin həyata keçirilməsinə əngəllər törətməsinin sübuta ehtiyacı yoxdur.

Rusiyanın ən inanılmış adamının yüksək dövləti vəzifə tutması bu gün Azərbaycan üçün heç də əlverişli varıant deyil. Qərb və Avropa ilə münasibətlərimizin müəyyən dərəcədə korlanmasında da onun şəksiz rolu vardır. Ona görə də bu gün onun istefaya göndərilməsi labüddür.
837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber