Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Aleksey Puşkov: “Türkiyə terrorçuları gücləndirmək istəsə...”

“Türkiyənin Suriyada yardım dəhlizlərini yenidən açması atəşkəsin pozulması sayılacaq”.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov deyib.

Puşkovun sözlərinə görə, Türkiyə atəşkəsdən faydalanaraq Suriyada dəstək verdiyi qrupların yenidən formalaşmasına kömək edə bilər.

Suriyada terrorçular və mötədil müxalifətin iç-içə girdiyini deyən komitə sədrinin fikrincə, onları ayırmaq olduqca çətin olacaq. Suriyada razılaşdırılan atəşkəs üçün görünməz təhlükələrin olduğunu iddia edən Puşkov Türkiyənin bu təhlükələrin başında gəldiyini bildirib: ”Kifayət qədər açıqdır ki, Türkiyə terrorçuları gücləndirmək, dəstək verdiyi qrupların yenidən formalaşmasına kömək etmək, Suriya ordusu ilə Rusiya hava güclərinin məhv etdiyi yardım dəhlizlərini yenidən yaratmaq üçün bu atəşkəsdən istifadə edə bilər. Türkiyənin bunları etməsi atəşkəsin pozulması anlamına gələcək”.
782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:31