Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Dünya çempionatında 40 komandanın iştirak etməsi təklif olunur

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postuna namizəd, UEFA-nın baş katibi Canni İnfantino dünya çempionatının final mərhələsində iştirakçı ölkələrin sayı 40-a çatdırılmasını vacib hesab edir. Məmurun fikrincə, bu sistem 2026-cı ildən tətbiq olunmalıdır.

UEFA-nın baş katibinin sözlərinə görə, turnirdə əlavə 8 komandaya iştirak etmək üçün verilən imkan həmin ölkələrin vətəndaşlarının dünya çempionatından daha fərqli emosiya almasına şərait yaradacaq. O, eyni zamanda məsələnin maraqlı tərəflərlə daha ətraflı müzakirəsinə ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, FİFA-nın rəhbəri postuna seçkilər fevralın 26-da Sürixdə keçiriləcək. Namizədlər sırasında İnfantino ilə yanaşı, Asiya Futbol Konfederasiyalarının rəhbəri şeyx Salman bin İbrahim əl-Xəlifə, FİFA-nın baş katibinin keçmiş müavini fransız Jerom Şampan, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və cənubi afrikalı Tokio Seksvale də yer alıb.
726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi