Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Bakıda 32 yaşlı kişi bıçaqlandı

Sabunçu rayonunda qanlı hadisə baş verib.

Hadisə rayonun Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində qeydə alınıb. Sözügedən ünvanda yaşayan 32 yaşlı Mahmudov Bəhruz Yavər oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər Bəhruz Mahmudovda daxilə nüfuz edən bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralının ifadəsi alınıb. Bəhruz Mahmudov bildirib ki, evdə yıxılıb və bu zaman ona bıçaq batıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Zərərçəkənin ifadəsinin düzgünlüyü aparılan araşdırmalardan sonra bəlli olacaq./apa/
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35
Bakıda dəhşət