Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

PKK-dan Kılıçdaroğluna təklif: Ərdoğana qarşı birləşək!

PKK liderlərindən biri olan Mustafa Karasu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı birləşməyi təklif edib.

M.Karasu K.Kılıçdaroğluna müraciətində bəyan edib ki, əgər PKK CHP-nin yaxın dəstəyini alarsa, o zaman AKP özü hakimiyyətdən qaçacaq və gizlənməyə yer tapa bilməyəcək: “CHP-nin siyasi arenada güclü olması bu təklifə cavabından asılıdır. Əgər CHP bu təklifə razılıq versə, o zaman bütün demokratik və sülhsevər qüvvələr ona dəstək olacaqlar. CHP bizimlə bir yerdə olduğu təqdirdə, AKP iqtidarı özü hakimiyyəti qoyub qaçacaq və gizlənməyə yer belə tapa bilməyəcək”.

Xatırladaq ki, bu günlərdə CHP lideri Kamal Kılıçdaroğlu Diyarbəkirdə çıxışı zamanı kürdləri dost adlandırmışdı.
704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı