Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Əfqanıstanda İŞİD qruplaşmasının 41 silahlısı zərərsizləşdirilib

Əfqanıstan hərbçilərinin havadan və qurudan keçirdikləri antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının 41 silahlısı zərərsizləşdirilib.
"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət təmsilçisi bildirib.
Məlumata görə, əməliyyat ölkənin Nanqarhar əyalətində həyata keçirilib.
Əyalət administrasiyasından bildirilib ki, zərərsizləşdirilənlərdən biri qruplaşmanın yerli liderlərindəndir. Öldürülən silahlılar arasında bir neçə əcnəbi var, ancaq onların vətəndaşı olduğu dövlət məlum deyil.
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:17