Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Mahmudovla Çovdarovdan - İşgəncə və şantaj videoları

Fəaliyyətinə artıq xitam verilmiş MTN-də kök salan mütəşəkkil cinayətkar qruplaşmanın dəhşətli əməllərinə dair yeni təfərrüatlar məlum olub. 

AzNews.az haqqin.az-a istinadən xəbər verir ki, Eldar Mahmudovun və onun “sağ əli” hesab edilən general Akif Çovdarovun malikanələrində aparılmış axtarış zamanı əməliyyat-istintaq qrupunun üzvləri çoxsaylı videodisklər də aşkar ediblər.

Məlum olub ki, bu CD-lərin bir çoxunda Bakıda keçmiş nazirə və onun mütəşəkkil qruplaşmasına daxil olan şəxslərə bağlı əyləncə-istirahət mərkəzlərində, otellərdə və restoranlarda çəkilmiş şantaj videoları var. Belə ki, əksəriyyəti intim xarakterli olan həmin videoların köməyi ilə imkanlı şəxslər, iş adamları, məmurlar MTN-dəki qruplaşma tərəfindən şantaj olunaraq onlardan böyük məbləğlərdə pul alınırmış.

Lakin istintaq həmin videoşantajların qurbanlarını zərərçəkən qismində istintaqa cəlb etməkdə çətinliklər çəkir. Çünki məlum səbəblərən onlar istintaqa müraciət edib Çovdarovun, Mahmudoun və digərlərinin əməllərindən şikayət etmək istəmirlər.

O da məlum olub ki, aşkarlanan CD-lərin arasında Çovdarov-Mamudov bandasının qurbanlarına işgəncələrin verilməsini əks etdirən videolardan ibarət olanları da var. Bir qayda olaraq bu qruplaşma tora saldıqları qurbanlarını tələb olunan məbləği vermək üçün yola gətirə bilməyəndə dəhşətli işgəncələrə məruz qoyurdu və bu səhnələr işgəncə otaqlarında quraşdırılmış gizli videokameralarla lentə alınırdı. Mənbələr bildirir ki, söhbət Çovdarovun gizli həbsxana kimi istifadə etdiyi məkanlarda çəkilmiş işgəncə görüntülərindən gedir.

Məlumata görə qruplaşma Bakının bir çox məşhur otel və restoranlarında, priton kimi istifadə edilən məkanlarında sahiblərini təhdid etməklə gizli kameralar quraşdırıbmış. Habelə Bakının bahalı şadlıq saraylarında keçirilən dəbdəbəli toy mərasimlərinin CD-ləri də Çovdarovun malikanələrindən aşkarlanan videokompromatlar sırasındadır. Görünür qruplaşma həmin toyların videokadrlarına baxmaqla ovlamaq üçün imkanlı şəxsləri seçirmiş...
744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber