Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

"İŞİD Dövləti"ndə həyat “çox çətindir” - xilas olmuş isveçli qız

İraqda özünü İŞİD adlandıran terrorçulardan xilas olmuş 16 yaşlı isveçli qız bildirib ki, cihadçı qrupun qaydaları altında həyat “çox çətindir”.

Azyaşlı qız İraqın kürd televiziyasına bildirib ki, onu may ayında sevgilisi aldadaraq Suriyaya aparıb.

O, təxminən bir həftə əvvəl Mosul şəhəri yaxınlığında kürd xüsusi qüvvələri tərəfindən xilas edilib, kürd rəsmiləri bildirir.

Son illər ərzində İD sıralarına ən azı 300 isveçlinin və minlərlə digər qərblinin qoşulduğu güman edilir.

Kurdistan 24 kanalına müsahibədə qız deyib ki, o, sevgilisi ilə 2014-cü ildə, İsveçdə oxuduğu məktəbi tərk etdikdən sonra tanış olub.

“Əvvəllər onunla aramızda hər şey qaydasında idi, lakin sonradan o, İŞİD (İD) videolarına baxmağa və onlar haqqında danışmağa başladı,” qız ingiliscə danışıb.

“Sonra o dedi ki, İŞİD-ə getmək istəyir və mən də razılaşdım. Çünki mən İŞİD-in və İslamın nə olduğunu bilmirdim – heç nə bilmirdim”.

Keçən il qız 15 yaşında hamilə qalarkən, cütlük İsveçin Boras şəhərini tərk edib avtobus və qatarla Avropa keçərək Türkiyənin sərhəd Gaziantep şəhərinə gəliblər. Oradan da Suriyaya keçiblər.

İŞİD silahlıları onları və digər kişi və qadınları avtobuslarla İraqın Mosul şəhərinə aparıblar. Şəhər 2014-cü ildən qruplaşmanın nəzarətində olub.

Onun sözlərinə görə, orada onlara elektrik və suyun olmadığı ev veriblər.

“İsveçdə bizim hər şeyimiz var, orda isə mənim heç nəyim yox idi,” o, müsahibə zamanı rahat və sağlam görünüb.

“Mənim pulum da qalmayıb – doğrudan da çox çətin idi. Telefonum olan kimi anamla əlaqə saxlayıb dedim: Evə getmək istəyirəm”.

Kürdüstan rəsmilərinin bildirdiyinə görə, o, İraqın Kürdüstan regionunda olub və İsveç hökumətinə təhvil veriləcək.

Onlar körpənin taleyi barədə heç nə deməyiblər. Uşağın oğlan olduğu bildirilir (BBC).
1089 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı