Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

Ayətullah Xamenei: Amerikanın regionla bağlı bir planı və İranla bağlı başqa bir planı var - FOTO

İranda keçiriləcək seçkilər öncəsi bu gün Ali rəhbər Ayətullah Seyyid Əli Xamenei Tehranda İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İsfahan əyalətinin Nəcəf Abad şəhərinin əhalisini qəbul edib. 
 
Minlərlə  Nəcəf Aabad şəhər sakinləri qarşısında çıxış edən Ayətullah Xamenei bildirib ki,  bizim ölkədə seçkilər,  milli dirçəlişdir,  xalq seçkilərdə  düşmənin qarşısında sinəsini siper edir və əzələ  nümayiş etdirir.  “Düşmən  37  ildən sonra  bütün təzyiqlər, zalımcasına sanksiyalar, qərəzli təbliğatlara  baxmayaraq görəndə ki, xalqın sistemə bağlılığını qıra bilməyib, İnqilabın əzəməti düşmənin gözündə zəhm və qorxu yaradır.”
 
Ayətullah Xamenei bildirib ki, düşmənin  seçkilərdə işlətdiyi fəndlərdən biri budur ki, yalandan  parlamentin “hökumətə bağlı” və “hökumətə zidd”   parlament olduğunu iddia edir və təkrarlayırlar.  “İran xalqı ,   hökumətə bağlı və hökumətə zidd  parlament istəmir, xalq,   öhdəliklərini bilən və Amerikadan qorxmayan cəsarətli  və dəyanətli parlament istəyir.  İran xalqı istəyir ki, parlament xalqın dərdinin çarəsini bilsin. Parlament dəyanətli, cəsarətli, sədaqətli  olsun və düşmənnin oyunlarına aldanmasın.  Parlament  qürur və müstəqilliyə önəm verməlidir. İrandan əli üzülmüş tamahkar güclərin qarşısında dayanmalıdır.Hökuməti ölkənin  daxili gücünə dayanaraq iqtisadiyyatı inkişaf etdirməyə məcbur etməlidir. “
 
Ayətullah Xamenei çıxışının davamında  bildirib ki,  bizə aydındır ki, müzakirələrdən sonra üçün Amerikanın regionla bağlı bir planı və İranla bağlı  başqa bir planı var.  “İranın daxili üçün, düşmən  öz əlaltılarından  istifadə edəcək.  Əlaltı olmaq bu demək deyil ki, düşməndən pul alır.  İmam Xomeyni (r.ə)  buyururdu  bəzi vaxtlar düşmənin sözünü  bir neçə vasitə ilə  dostun ağzından eşidirsən.”
 
Ayətullah Xamenei  bildirib ki, hamı  əlaltılar barəsində  ehtiyatlı olmalıdır.  “Görəndəki düşmən  iki tirəlik yaratmaq üçün sizi tərifləyir, tez öz nifrətinizi ona bildirin. Siz  ki, bilirsiz düşmən  iki tirəlik yaratmaq istəyir, qoymayın. İmam Xomeyni (r.ə)  deyirdi: düşmən sizi tərifləyəndə baxın görün nə səhv iş görmüsüz, gəlin imamın sözünə qayıdaq.   Düşmənin  siyasi ədəbiyyatından istifadə etməyək."
 
Ayətullah Xamenei bildirib ki, İnqilabın düşmənləri ilk gündən  “ifrat” və “mötədil” ifadələrini işlədir.  "Onların düşüncəsində hamıdan ifratçı, o böyük şəxsiyyət olan İmam Xomeyni (r.ə)  idi, bu gün də məni hamıdan çox ifratçı hesab edirlər. İslam orta yolun  (mötədilliyin) tərəfdarıdır, lakin Quranın baxışında  orta yol yəni "sirate müstəqim (doğru və düz yol) " və onun müqabili (qarşısı)  ifrat deyil, inhirafdır (yolundan sapmadır). Sirate müstəqimdə (düz yolda)  bəziləri yavaş və bəziləri sürətli gedə bilər, bu ki, pis iş deyil.  Düşmən “ifratçı” dedikdə  İnqilab yolunun davamçılarını və hizbullahçıları, mötədil dedikdə isə  onların qarşısında boyun əyənləri nəzərdə tutur.”
 
Ayətullah Xamenei bildirib ki, Amerikalılar özləri də etiraf edirlər ki, İranda  heç bir mötədil şəxs və ya qrup yoxdur. “İran xalqının əksəriyyəti İnqilabın tərəfdarıdır, əlbətdə mümkindir bəzi vaxtlar səhv və ya caymalar olsun, lakin İran xalqından heç kim onlara bağlı olmağın tərəfdarı deyil.”
 
Ayətullah Xamenei çıxışında xalqa müraciət edib və  bildirib ki,  seçkilərdə  diqqətli, düzgün və açıq gözlə iş görməyə çalışın. “Belə olarsa həm Allah razı olar və həmdə  yaxşı nəticə əldə olunar.  Tanıyın və sonra seçin. Tanımadığınız zaman deməyin ki, səs vermirəm, gedin elə bir şəxsə səs verin ki, həmin şəxsin dininə və  təəhhüdünə  inanırsız.”
 
Ayətullah Xamenei bildirib ki, inanıram ki, bədxahların bütün çalışmalarına baxmayaraq Allah qələbəni İran xalqı üçün təyin edib. Allahın lütfü ilə düşmən bu İnqilaba və İslam sisteminə ziyan verə bilməyəcək. /maide/
 
 
 
 
 
 
 
 
 
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber