Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2016

İmamın (r) yaratdığı şurada üzvlər bir-birini tanımırdı!

Ayətullah Xamenei təhsil illəri və İmam Xomeyni ilə ilk görüşlərini xatırlayır... (rajanews.com)

Məktəbdə ibtidai sinifdən əmmaməm vardı. 5 ya 6-cı sinifdə tələbəliyin - dini təhsilin ilk kitabı olan Cameul-muqəddimatı oxudum. Atamın elmi məqamı yüksək idi. Müctəhid, təhsilli insan idi. Yüksək səviyyədə şagirdlər tərbiyə etmişdi. Quma getməzdən qabaq atamdan öyrənirdim. Yayda, ramazan və məhərrəmdə tətil olsa da, mən atamın elmindən bəhrələnər, dərs oxuyardım. 18 yaşda Səthi tamamladım, Dərsi-xaricə başladım. O zaman Məşhəddə bu yaşda Dərsi-xaric oxuyan yox idi. Mən atamın elmi sayəsində müvəffəq olmuşdum. 1336-cı ildə Nəcəfə getdim. Atam Nəcəfdə qalmağıma razılıq vermədiyindən 1337-ci ildə Quma gəldim, 1343-cü ilə qədər Qumda qaldım. Atam görmə qabiliyyətini itirdiyi üçün Məşhədə qayıtdım.
Quma gəlməzdən öncə İmam Xomeyni haqqında eşitmişdim. Onu görmədən sevmişdim. Qumda hövzədə bütün tələbələr İmamın dərsinə maraq göstərirdi. Gənc tələbələrin qəlbən bağlandığı ustad “Hacı Ağa Ruhullah” adı ilə tanınırdı. Qumda olduğum müddətdə onun dərslərində iştirak etdim. O zaman İmamın mənə böyük təsiri oldu. Mən əvvəllər Məşhəddə Ayətullah Milani kimi böyük ustad görmüşdüm. Amma İmamın fiqh və üsul dərslərində gənclər üçün xüsusi cazibə vardı.
İmam Elm Hövzəsində nüfuzlu insan idi. Onu layiqli, mömin gənc tələbələr əhatəyə almşdı. İmam öz bəyanatları, müraciətləri ilə bu gəncləri hazırlayırdı. İmam inqilabdan qabaq İnqilab Şurası yaratmışdı. O, bu şuraya üzvlər seçirdi. Üzvlər hətta bir-birini tanımırdı. Mən də həmin şuranın üzvü idim...

Vilayet.info
765 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber