Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

İcra başçısından vəhhabilərə geniş fürsət

Tərtərin icra başçısı keçmiş şəriklərini rayondakı bütün tenderlərin qalibi elan edib

Tərtərin icra başçısı Ceyhun Cəfərovun vəhhabilərlə yaxşı münasibətləri olmasına dair mətbuatda dəfələrlə məlumatlar gedib. Bu məlumatların heç biri indiyə qədər təkzib olunmadığından icra başçısının hərəkətləri ilə bağlı şübhələr qalmaqdadır.

Jam.az bildirir ki, sözügedən şəxsin vəhhabilərlə ortaq işlərə malik olması da verilən məlumatlar sırasındadır. Bununla bağlı qeyd olunur ki, hələ xeyli əvvəldən isti münasibətlərə malik olduğu bu təhlükəli dini cərəyanla bir sıra işlər görmüş Cəfərov, Tərtərə rəhbər təyin olunandan sonra da əsas gəlirli sahələri onların ixtiyarına verib. Elə buna görədir ki, rayonda bu dini cərəyana bağlı adamların xeyli sayda sexləri və dükanlarının olduğu vurğulanır.

Verilən bir başqa məlumatlarda isə iddia edilir ki, Ceyhun Cəfərov Tərtərdə abadlıq, quruculuq və digər işlərlə bağlı elan edilmiş tenderləri də məhz vəhhabi dostlarına veribmiş. Məlumatlarda qeyd olunur ki, icra başçısı bununla həmin təhlükəli dini cərəyanın nümayəndələrinin daha da varlanmasına şərait yaradıb ki, məsələdən yuxarıların xəbərsiz olduğunu vurğulanır.
1601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37