Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

Azərbaycanda görünməmiş məhkəmə prosesi

Prezidentə şikayət etdiklərinə görə məhkəmə qarşısında dayandılar

Fevralın 24-də Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə “Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədovun Zülfüqarlı qardaşlarına məxsus “Bakıpoladtökmə” və “Bakıelektroştamp” zavodlarının işçilərinə qarşı iddia üzrə proses keçirilib. Rasim Məmmədov iddia edir ki, bu zavodların işçilərinin prezidentə müraciətində deyilən sözlər onun şərəf və ləyaqətini alçaldıb. Buna görə də müraciət edənlərin ikisindən – zavodun icraçı direktoru Ramiz Əhmədov və meneceri Adilxan Musayevdən 5 milyon manat tələb edir. Işçilərin Ilham Əliyevə video-müraciəti ötən il noyabrın “Azadlıq” qəzetinin saytında da yayılmışdı.

Müraciətdə deyilirdi ki, “böyük zəhmət və sərmayə hesabına bərpa edilən və ixrac yönlü uğurlu fəaliyyətə başlayan ”Bakı Poladtökmə”, “Bakı Elektroştamp” zavodları çoxdandır işlərini tamamilə dayandırıb və vaxtilə 1500-ə qədərÿadamın çalışdığı və sürətlə böyüməkdə olan zavodlar öz sahiblərindən zorla alındıqdan sonra bu gün boş zibillik halına gəlib. Zorla sənədləşdirilən səhmlərin əsas hissəsi ilk olaraq Lerik rayonundan bir kəndlinin adına keçirilib, daha sonra isə “Bakı Steel Company” MMC-nin adına dəyişdirilib və 2010-cu ildə isə “Bakı Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov öz dəstəsi ilə Zülfüqarlı qardaşlarını tamamilə zavoddan qovublar. Işçilər ədalətin bərpa edilməsini və zavodların yenidən işə salınmasına olan əngəllərin aradan qaldırılmasını istəyirlər”.


Zavod nümayəndələrinin nümayəndəsi Aslan Ismayılov proses zamanı bildirib ki, prezidentə ünvanlananÿ müraciətdə iddia edildiyi kimi şərəf və ləyaqətin alçaldılmasına səbəb ola biləcək fikirlər yoxdur. O, R.Məmmədovun xoşagəlməz əməlləri haqda mətbuatda kifayət qədər məlumatların ÿolduğunu diqqətə çatdırıb, Zülfüqarlı qardaşlarına məxsus zavodların əllərindən alınaraq çoban Gəray Məmmədovun adına keçirildiyini bildirib. Tanınmış hüquqşünas məhkəməyə Rasim Məmmədovun adamlarının Zülfüqarlı qardaşlarının Keşlə qəsəbəsində yerləşən sexlərinə basqın əks olunan videonu da sübut kimi təqdim edib. Deyib ki, belə əməlləri gec-tez hüquq-mühafizə orqanları araşdıracaq.

Bundan sonra hər iki zavodun direktoru çıxış edib. Bildiriblər ki, zavodları Zülfüqarlı qardaşlarından Rasim Məmmədov aldıqdan sonra orada iş tamamilə dayandırılıb, yüzlərlə fəhlə işsiz qalıb.

Iş üzrə şahid qismində çıxış edən “Bakıelektroştamp”ÿ zavodun meneceri müavini Üzeyir Məsimli deyib ki, Rasim Məmmədov ilk dəfə zavoda idmançı görkəmli şəxslərin əhatəsində gəlib. Həmin vaxt sahibkar Nurəddin Zülfüqarlıdan zavodu boşaldaraq onun adamlarına təhvil verməsini tələb edib. Buna qədər N.Zülfüqarlı şərlənərək aylarla həbsdə saxlanıldığından Rasim Məmmədov vasitəsi ilə səslənən son tələbdən sonra çıxılmaz duruma düşüb. Sahibkar Nurəddin Zülfüqarlı ölkədən getmək məcburiyyətində qalıb və bu gün də Türkiyədə mühacir həyatı yaşayır. Sonradan zavoda üzərində “BSC” sözləri yazılan ağ dəbilqəli şəxslər gəlib və zavoddakı idarəçiliyi ələ alıblar. Menecer müavini məhkəmənin diqqətinə çatdırıb ki, ona və Adilxan Musayevə müxtəlif üsullarla təzyiqlər göstərilib, hətta onu həbslə hədələyiblər.

Sözügedən məhkəmə iddiasının icraata götürülməsi ölkə mətbuatında və hüquqşünaslar arasında böyük təəccübə səbəb olub. Hesab edilir ki, şikayət və müraciətlər yoxlanılmaq üçün edildiyindən, onların məzmunu ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilə bilməz.

Proses martın 9-da saat 15:00-da davam etdiriləcək.

Şahvələd Çobanoğlu
690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP