Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

Xocalı faciəsinin şahidi yaşadıqlarını dilə gətirib

"Ermənilər atamın üzərinə benzin tökərək onu diri-diri yandırdılar".

Bunu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törətdiyi soyqırıma 8 yaşında şahidlik edən Xəzəngül Əmirova söyləyib.
O bildirib ki, həmin gecə əsrin ən dəhşətli faciələrindən biri baş verib. X.Əmirova gecə saat 23.00 radələrində şəhərə ermənilərin basqın etdiyini və anası, atası və qardaşları ilə ayaqyalın qaçmağa çalışdıqlarını deyib.

Gün ağaranda atası və 8 aylıq bacısıyla əsir düşən Xəzəngül başına gələnləri belə xatırlayır: "Anam və 4 yaşındakı bacım ermənilər tərəfindən öldürüldü. Əsir düşdükdən sonra atamı ayrı yerə apardılar. Ermənilərdən birinə atamı görmək istədiyimi söylədim. Daha sonra bizi atamın yanına apardılar. Ermənilər atamı ağaca bağlamışdılar və ondan "Bütün Azərbaycan torpaqları ermənilərindir" deməsini istəyirdilər. Atam isə "Məni öldürsəniz də öz torpağımı satmayacağam" dedi. Ermənilər "Bax uşaqlarının gözü qarşısında səni öldürərik" deyərək atama təzyiq etdilər. Atam isə daha əvvəlki sözlərini təkrarladı".

Atasının ermənilərin istədiyini etmədiyi üçün üzərinə benzin tökərək diri-diri yandırıldığını deyən Əmirova, o ana qədər ölümün nə olduğunu bilmədiyini bildirib. Azərbaycan və Ermənistan arasında əsir dəyişdirilməsi zamanı bacısıyla birlikdə ölkəsinə təhvil verilən azyaşlı qız beləliklə sağ qalmağı bacarıb.

Bacısıyla birlikdə nənəsinin yanında böyüdüyünü söyləyən Əmirova Bakıda bir gözəllik salonunda çalışdığını söyləyib: "Azərbaycan torpaqlarında bir daha müharibə olmasını istəmirəm. Uşaqlar bizim kimi yetim qalmasın, anasız, atasız böyüməsin. İşğal altındakı Qarabağ torpaqları azad olunduqda atamın ruhu şad olacaq. Ermənilər isə bizim düşmənimiz olaraq qalacaq"./İslaminsesi/
806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...