Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

SSRİ lideri anılır

“Şiroko şaqayet Azerbaydjan”

Bu gün SSRİ dövlət xadimi, haqqında bir çox lətifələr dolaşan, məşhur qaşların sahibi, Leonid Brejnevin doğum günüdür. Leonid Brejnev SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi 1907-ci ilin 19 dekabrnda anadan olub. Sov.İKP MK-nın 1964-1966-cı illərdə Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi vəzifəsini tutub. 1968-ci il 21 Avqustda keçmiş Çexslovakiyaya beş Varşava İttifaqı ölkələrinin (SSRİ, Bolqarıstan, Macarıstan, ADR və Polşa) ordusu daxil oldu. Orduların 36 saat ölkə ərazisində olması Çexoslovakiyada olan sosializmdən "kənaraçıxmaları" aradan qaldıra bildi və "həqiqi" sosializmə qayıdıldı.

60-cı illərdə beynəlxalq münasibətlər kökündən dəyişmişdi. Hər iki supergüc ABŞ və SSRİ öz hərbi balanslarında bərabərlik yaratdıqdan sonra, daha çox strateji silahların azaldılması və silahlanma yarışını səngitmək istəyirdilər. Boşalmanın ən yüksək həddi 1973-cü ildə açılmış olan Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında müşavirə oldu. Müşavirənin nəticəsi kimi 1975-ci ildə Helsinki də yekun akt imzalandı. Bu akta əsasən Avropada sərhədlərin dəyişdirilməməsi, ölkələrin suverenliyi və ərazi bütövlükləri, ölkələrin bir-birinə hörmətlə yanaşması, gücdən və hədədən istifadə etməmək haqqında ümumi razılıq alındı. Boşalmanın nəticəsi kimi hətta SSRİ-yə Pepsi-kola ixracı başlandı və onun ərazisində yeni zavodun tikintisi layihələşdirildi.

Brejnev bəlkə də tarixdə adı ilə bağlı bu qədər lətifə olan yeganə prezidentdir. Onun adı ilə bir çox tarixi siyasi hadisələr də bağlıdır. Olimpiada-80, Raket əleyhinə müdafiə müqaviləsi, eyni zamanda iqtisadiyyatda durğunluq, Çexoslovakiyaya təcavüz, Soljenitsinin sürgünü, Əfqanıstanla müharibə və s. Leonid İliç bu missiyasını dünya müharibəsinin qarşısını almaq kimi dəyərləndirir və bununla fəxr edirdi ki, Qərbdə onu “sülh adamı” kimi tanıyırlar.

SSRİ-nin tərkibindəki 15-likdən biri olan Azərbaycan onu “Azərbaycan iri addımlarla irəliləyir” məhşur deyimi ilə yadda saxlayıb. Yaxın Gürcüstana ərzaq dalınca gedən Azərbaycana o zaman Brejnev istisadiyyatımızdan aldığının yerinə səxavətlə medal verirdi.

Bəzilərinin fikrincə Brejnev yaşasaydı tarixin siyasi gedişini Azərbaycanın xeyrinə dəyişə bilərdi. Çünki Brejnev Heydər Əliyevi sevib və hörmət edib. Əgər Brejnev ikicə il artıq yaşasaydı, Heydər Əliyevi birbaşa Nazirlər Sovetinin sədri təyin edəcəkdi. Onda Kremldə nə SSRİ-ni dağıdan Qorbaçov-Yakovlev cütlüyü olardı, nə də Yeltsinlə-Kravçuk.
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39