Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

İran Sumqayıtda dərman zavodu tikir

İran İslam Respublikası Azərbaycanda dərman istehsalı zavodu tikəcək.

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat kofransında deyib

Onun sözlərinə görə, artıq iki ölkə arasında bununla bağlı saziş imzalanıb.

Zavod Sumqayıtda kimya texnologiya parkı ərazisində tikiləcək. Bu məqsədlə gələn həftə İrandan Azərbaycana nümayəndə heyəti gələcək.

Zavodun tikintisi üç mərhələdən ibarət olacaq. Birinci mərhələdə Azərbaycanda ehtiyac duyulan dərmalar İrandan gətiriləcək, ikinci mərhələdə əsasən dərnam istehsalı üçün lazım olan texnologiyalar gətirilicək, üçüncü mərhələdə isə həmin dərmanlar 100 faiz Azərbaycanda istehsal olunacaq.
Səfir onu da vurğuladıki birinci mərhələ ilə üçüncü mərhələ arasında vaxt 5 ilədək çəkəcək.
694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber