Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

Ayətullah Xamenei: “ABŞ region və İran üçün pis planlar hazırlayıb”

Bu sözləri Ali Dini Lider Ayətullah Xamenei İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərlə bağlı bu gün səhər Nəcəfabad sakinləri ilə görüşdə deyib.

Ayətullah Xamenei bu cəhddən xəbərdar olduqlarını deyib: “Bu bizim üçün tamamilə aydındır. Ölkə daxilində düşmən nüfuz amillərindən istifadə edir. Buna görə də, nüfuz qarşısında diqqətli olmaq lazımdır və düşmənin ixtilaf törətməsinə icazə verilməməlidir”.

Böyük Rəhbərin sözlərinə görə, düşmən seçkilərdə davamlı olaraq İranda "hökumət məclisi" və "anti-hökumət məclisi"nin olduğunu iddia edir. “Amma, bizim xalqımız nə "hökumət məclisi" nə də "anti-hökumət məclisi" istəyir. Xalq öz vəzifələrini bilən və ABŞ-a aldanmayan şücaətli və dindar bir məclis istəyir”,-deyə Ayətullah Xamenei vurğulayıb.

Ali Dini Lider qarşıdakı seçkiləri “düşmənlərin İran əleyhinə fitnələrinin zərərsizləşdirilməsi üçün mühüm amil” adlandırıb.
773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
28.11.16, 11:05