Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

Suriya: "Türkiyə və Səudiyyənin dəstəyi olmasa, İŞİD-i məğlub etmək asan olar"

Suriya prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban Türkiyə və Səudiyyə rejiminin dəstəyinə görə, İŞİD-i məğlub etmənin çətinləşdiyini vurğulayıb.

Buseyna Şaban RT- verdiyi müsahibəsində İŞİD-lə mübarizə səylərini dəyərləndirib.
Şaban bəzi regional aktyorların müdaxiləsinin prosesin uğuruna mane olduğunu deyib: "Başda Türkiyə və Səudiyyə Ərəbistanı olmaqla regional aktyorlar təkfirçi qrupları dəstəkləməsə, İŞİD-i məğlub etmək çətin olmazdı. Ancaq İŞİD bu ölkələrdən maddi dəstək və müxtəlif təchizatlarla təmin olunur".

Əsədin sözçüsü terrorçuların regiondakı ölkələrlə yanaşı, ABŞ və Avropadan da siyasi dəstək aldığını vurğulayıb./deyerler/
737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber