Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Bakının qadın qul bazarında rəzalət

“Qul bazarındakı qadınların əməyinin istismarı ilə bağlı araşdırmalara başlanılıb”.

Bunu virtualaz.org saytına açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib.

Mərkəz rəhbəri qeyd etdi ki, maddi imkanı yüksək olan ailələrdə xariciləri işlədirlər. Buna görə də qul bazarında iş axtaran yerli qadınlar əsasən çöl işlərində çalışmağa məcbur olurlar: “Ailələrin əksəriyyəti Filippin, Sinqapur, Çin və Pakistandan gələn qadınları çalışdırırlar. Qul bazarında iş axtaranlar xaricilərdən də ucuz işçi qüvvəsinə çevrilib”.

M.Əzizova bildirdi ki, rəhbərlik etdiyi təşkilata qadınların qul bazarından aparılaraq elə qul kimi işlədilməsinə dair müraciətlər daxil olub: “Qadınların qul bazarında ucuz işçi qüvvəsi var. Bundan istifadə edilir. Amma əksər hallarda qadınlar aldadılır, pulları ödənilmir, hətta onları təhqir edib qovurlar. Qadınlar vəd olunan pulun tam ödənilmədiyini, gün ərzində ən ağır işlərdə çalışdırıldıqlarını söyləyirlər”.

M.Əzizova maddi imkanı olan ailələrin əksəriyyətində yalnız xaricilərin işlədildiyini vurğuladı: “Dövlət Miqrasiya Xidməti miqrantların qeyri-qanuni işlədilməsi ilə bağlı bir-iki fakt aşkarlayır. Amma işədüzəltmə firmaları, internetdəki elanlar araşdırılarkən Azərbaycana hər il yüzlərlə əcnəbi işçinin gətirildiyini müəyyənləşdirə bilərlər”.

Qeyd edək ki, sosial şəbəkədə qul bazarında çalışan qadınların bəzilərinə qarşı təhqiramiz təkliflər edildiyini də yazıblar. İddiaya görə, bağ evində çalışmağa aparılan bir qadına harın bir xozeyin tərəfindən inanılmaz təklif - itlə cinsi əlaqədə olmaq təklifi edilib.
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı