Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2016

Bakıdakı kasıblar üçün pulsuz mağaza bir günə boşaldılıb

“Şüvəlan qəsəbəsindəki Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as” adı ilə açılan mağaza bir günə boşalıb”. Bu barədə məlumatı Baku saytı yayıb. Məlumata görə, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub və ehtiyacı olan şəxslər bir gün ərzində mağazadakı geyimləri götürüblər. Mağazadan geyim götürən ehtiyaclı insanların sayı həddin artıq olsa da, geyim qoyanların sayı əhəmiyyətli dərəcədə azdır.

Mağazaya geyim təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, paltarlar yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir.

Əlavə məlumat əldə etmək istəyənlər (070) 900-08-06 (Sərxan) nömrəsinə zəng edə bilərlər.
794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber