Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2016

Ziya Məmmədovun oğlu Azərbaycandan getdi

Anar Məmmədov ailəsilə birgə İngiltərəyə köçüb

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Anar Məmmədov Ingiltərəyə köçüb. Bildililir ki, bir müddət əvvəl nazir oğlunun ailəsi Ingiltərəyə yerləşib.

Daha sonra Anar Məmmədov Azərbaycandan gedib. Məlumata görə, bu köç müvəqqəti xarakter daşımır. Yəni, Anar Məmmədovun Azərbaycana qaytımaq niyyəti yoxdur. Bildirilir ki, Anar Məmmədov “Qarant Holdinq”in rəhbərliyindən istefa verib. Hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.

Anar Məmmədovun ölkədən getməsinin səbəbi barədə dəqiq bilgi yoxdur. Lakin ehtimal etmək olar ki, bu, Ziya Məmmədovun ulduzunun sönməsilə bağlıdır. Qeyd edək ki, nəqliyyat naziri artıq əvvəlki nüfuza və gücə malik deyil. Indi Ziya Məmmədovun Nəqliyyat Nazirliyinə rəhbərliyi formal xarakter daşıyır. Çünki nazirliyin bir çox səlahiyyətləri əlindən alınıb.

Ziya Məmmədovun biznes imperiyası da süquta uğramaq üzrədir. Nazirə məxsus ən böyük biznes strukturlarından biri olan “Qarant Holdinq”də maliyyə böhranı hökm sürür. Aylardır ki, işçilərin əmək haqqı verilmir. “Azadlıq” bir neçə gün əvvəl bu barədə məlumat yaymışdı. Həmin məlumatdan sonra “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta”nın fəaliyyətinə rəsmən xitam verilməsi barədə məlumat yayıldı./azadlıq/
754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber