Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2016

Hizbullah İsraildə ammonyak anbarlarını hansı raketlə vura bilər?

Livan Hizbullahı Qərbi Asiya və dünyada güclü raket arsenalına malik təşkilat sayılır. Hizbullahın İsrailin hücumlarını təsirsizləşdirəcək on minlərlə raketi var.(yjc.ir)

Bu günlərdə Hizbullah baş katibi Seyid Həsən Nəsrullah öz çıxışında İsrailin ammonyak anbarlarının vurulması imkanından danışıb. Hizbullah liderinin sözləri Tel-Əvivdə görünməmiş qorxu yaradıb. Benyamin Netanyahunun yaxınlarından sayılan, İsrail Təhlükəsizlik Şurasının sabiq rəisi Yakov Amidror deyib ki, İsraillə Hizbullah arasında hərbi qarşıdurma yaranarsa yüzlərlə Skad, Fateh-110, Zilzal-3 raketi İsrailin strateji təsisatlarına yönələcək. Hizbullah Rusiyanın təyyarə vurmağa qadir Sam-7 raketlərinin oxşarına malikdir. İsrail hərbi mütəxəssisləri Hizbullahın 90 min raketə malik olduğunu bildirir. Military-Today Skad raketlərinin İsrail üçün daha təhlükəli olduğunu yazır. Seyid Həsən Nəsrullahın son bəyanatı ciddi bəyanatdır və Skad raketlərinin modernləşdirilmiş növləri İsrail ərazisini tam əhatə edir. Cənubi Livandan Hayfada ammonyak anbarlarına qədər məsafə 200-250 km-dir. Beləcə, Skad raketləri həmin ahbarları rahatlıqla hədəfə ala bilər.

Vilayet.info
931 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
3