Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2016

Bu gün səhər Ayətullah Seyyid Əli Xamenei 110 saylı qutuya rəyini atıb

Bu gün səhər Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei  ölkədə keçirilən  İslami Şura Məclisi və Xobreqan Ekspertlər Şurası seçkilərində  səs verib. 

Ayətullah Xamenei  səhər  seçkilərin başlandığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyyəyə gələrək , orada quraşdırılmış 110  saylı qutuya səsini atıb. 

Səsvermədən sonra Ayətullah Xamenei jurnalistlərə bildirib ki,  seçkilərdə iştirak etmək bizim hamımızın borcu və haqqıdır.  “Hamı seçkilərdə iştirak etsin, İran İslam Respublikasını sevən hər kəs, İranı və milli  qürur və böyüklüyü sevən hər kəs bu seçkilərdə iştirak edib, səs versiin”. 

Ayətullah Xamenei  bildirib ki,  bizim düşmənlərimiz var  və onlar  bu seçkilərə tamah salıblar, seçkilərdə elə iştirak etməliyik ki, onlar naümid olsunlar.Diqqətli olun  və açıq gözlə səs verin. 
 
İranda  Xobreqan Ekspertlər Şurası və İslami Şura Məclisi (parlament) seçkiləri bu gün - cümə günü yerli vaxtla saat 8-də başlayıb və 18-dək davam edəcək. Səsvermə başa çatdıqdan dərhal sonra səslərin hesablanmasına başlanacaq.
 
İranın 80 milyonluq əhalisinin 67,5 faizi - 54 milyon 915 min 24 nəfər səsvermə hüququna malikdir. Parlament seçkilərində 4844 namizəd rəqabət aparacaq./maide/
 
 
 
 
 
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:46