Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2016

Almaniyada üç ayda 24 məscidə irqçi hücum

Almaniyada ötən ilin son 3 ayında məscidləri hədəf alan 24 irqçi hücum edilib. Məscidlərə qarşı hücumlar ötən il rekord səviyyəyə də çatıb.

Sol Partiyanın Federal hökumətə yönəlik sorğusuna verilən cavabda, "məscidlərə, məscid dərnəklərinə, ya da İslami təşkilatlara" ifadələri qeyd olunan 24 irqçi hücum edildiyi bildirilib.

Almaniyada bu ilin əvvəlində aparılan tədqiqatda keçən il məscidlərə edilən təcavüz sayının rekord səviyyəyə çatdığı müəyyən olunub. Araşdırma nəticələrinə görə, 2010-ci ildən bu yana məscidlərə qarşı edilən irqçi hücumlar getdikcə artım göstərib.

Məscidlərə qarşı ən çox hücumlar Aşağı Saksoniya və Şimali Ren-Westfalya əyalətlərində həyata keçirilib. Hücumlarda maddi zərərlə yanaşı, məscid binalarının divarlarına müsəlmanlara təhqir məqsədilə Federal Konstitusiyaya zidd svastika kimi simvollar və şüarlar yazılıb./maide/
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28