Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2016

Kürdəmir sakini iki nəfəri güllələdi

Kürdəmir rayonunda törədilmiş silahlı insidentin təfərrüatı məlum olub.

Hadisə rayonun Topalhəsənli kəndində baş verib. Dünən kənd sakinlərindən birinin ad günü şənliyində iştirak edən 55 yaşlı Məhəmmədəli Abdullayev xeyli spirtli içki qəbul etdikdən sonra qonşuluqda yerləşən evinə gedərək ov tüfəngi gətirib. O, məclisi daha da “şənləndirmək” üçün ətrafa atəş açmağa başlayıb. Bu zaman patrondan çıxan qırmalar məclisdə iştirak edən Natiq və Raqif Dəmirov qardaşlarına dəyib və onlar xəsarət alıb.

Polis tərəfindən saxlanılan M.Abdullayev deyib ki, kiminləsə ədavəti yoxdur və sadəcə ad günü olan qohumunun şərəfinə göyə atəş açıb.

Faktla bağlı araşdırma aparılır./Lentaz/
945 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu