Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2016

Özünü yandıran şəxs xəstəxanada öldü

Mərhumun banka borcunun olduğu bildirilir

Bakıda 3 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb.

Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində üstünə benzin tökərək özünü yandıran 37 yaşlı Eldar Bəkirov bu gecə 5 saylı şəhər klinik xəstəxanasının Yanıq Mərkəzində vəfat edib.

Ölüm faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə fevralın 22-də saat 18-00 radələrində Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 23 ünvanının qarşısında baş verib. Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Bəkirov Eldar Akif oğlu üstünə benzin tökərək özünü yandırıb. Vətəndaş ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib./meydan.tv/
866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb