Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Müəmmalı əsgər ölümləri

Naftalanda yerləşən N saylı hərbi hissədə xidmət dövrünün birinci ilini başa vüran 19 yaşlı idmançı Alıyev Orxan Şirazi oğlu 12 dekabr 2013-cü ildə döğmaları və yaxınlarının iştirakı ilə qara torpağa tapşırıldı. Daha bir gəncin həyatına düşmənlərimizin birbaşa müdaxiləsi olmadan vida akkordları çalındı. Niyə? Bu sualın cavabını sən,mən,o və hamı bilməlidir. Nə qədər ki, müəmmalı ölümlərin səbəbi, qaranlıq olaraq qalacaqsa, günahkarlar xalq qarşısına çıxarılmayacaqsa, itkilərimizin sayı artacaq...Müdafiə nazirliyinin keçmiş rəhbərliyinin "xidmət"lərindən biri də o oldü ki, xalqla ordu arasında uçurum yaratdı. Ancaq o bilməliydi ki, ordu xalqın içindən formalaşır. Necə yəni, 18 il sərbəst mülki həyatını yaşayan və bir dəfə də olsun ictimai qınağa rast gəlməyən, inzibati tədbirlərə cəlb olunmayan xalqın oğlu, bir ilin içərisində hərbi nizamnamələr əsasında hərəkət edən, lazımi qadağalar altında ola-ola qutuya qoyularaq əzizlərinə göndərilir. Bəs, soruşmazlarmı ki, ay, bu sahəyə məsul olanlar! Oğlumu böyütdüm ki, vətənimizi qorusun. Qorusun səni, məni, hamımızı. Düşmənlə ölüm-dirim savaşında olsun. Şərəfli ŞƏHİDLİK zirvəsinə qalxsın. Amma, siz- ordu rəhbərlərinin dırnaqarası xidmətləri sayəsində ,bəlkə də 80-90 il ömür sürəcək bir gəncin həyat şəcərəsinə son qoyuldu. Sizə etibar olunanı cəmi bir il yarım qoruyub saxlaya bilmədiniz. Çünki, əmanəti qorumaq üçün, əvvəlcə ,məsuliyyət lazımdı. O da sizlərdə yox dərəcəsindədir. Əsgər əşya deyiı, bir ailədi, bir tayfadı, bir kənddi, bir şəhərdi,...bütöv Azərbaycandı. Bunları dərk etməyin vaxtı çatıb. Ayılın, qəflət yuxusundan. Prezidentimizin Müdafiə nazirliyinə rəhbərliklə bağlı yeni təyinatı, onun uğurlu addımlarından biridir. İnanın ki, xalqın gözü tərəzidir. General-polkovnik Zakir Həsənovun və Səlim Müslümovun atdıqları hər bir islahat xarakterli addımlar hamının ürəyincədir. İnam-milli ruhun qayıtmasıdır. Gəlin bu ruhu qoruyub saxlamağı bacarağın ki, lazım olanda da, hamı bir nəfər kimi vətən uğrunda qalxa bilsin.

Bir az da, Alıyev Orxanın ölümünə səbəb ola biləcək səbəblər haqqında. Tibbi ekspertin ilkin arayışına görə ölümə səbəb ağ ciyər- ürək çatmamazlığı olub. Elə xəstəliklər var ki, özünün gizli dövrünü yaşayır və birdən baş qaldırır. Məsələn, xərçəngdə olduğu kimi. Bundan fərqli olaraq, ağ ciyər-ürək xəstəliklərində xəstəlik öz əlamətlərini gizlədə bilmir. Ürək qüsurları anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə qüsur birmənalı olaraq ola bilməz. Çünki, belə xəstələr doğulandan həkim-kardioloq nəzarətində olur və bütün əlamətləri də hamı tərəfindən görünür. Xarakterik əlamətlər: təngnəfəslik, göyərmə, ürək nahiyəsində göynərtili ağrılar və nəticə olaraq hərəkətin çətinləşməsi. 2-ci ürək qüsuru sonradan qazanılma. Statistik məlumarlar göstərir ki, bu tip qüsurlar kişilərdə, adətən 40-50 yaş arasında daha çox təsadüf olunur. Orxan idmançı idi və çağırış üçün hərbi həkim komissiyasından keçmişdi. Əgərləri, bu əlamətlərdən biri olmuş olsa idi. Komissiya sağlam rəy yazıb Orxanı hərbi xidmətə göndərməzdi. Ağ ciyərlərə təngnəfəsliyə səbəb ola biləcək maye yığılardı ki, bu da döş qəfəsinin rengen müainəsində aşkarlanardı. Hərbi xidmətə sağlam vəziyyətdə çağırılmış bir əsgərdə ağ ciyər -ürək çatmamazlığı başlamış olsa belə, bir ilin içərisində ölümlə nəticələnəcək dərəcədə inkişaf edə bilməzdi. Bu bir mənalıdı. Qəfləti ölümə səbəb koranar-tac damarlarının trombu səbəb ola bilər ki, buna da Orxanın yaşı imkan vermir. Orxanın valideynlərinin dediyinə görə ölüm baş verən günün gecəsi saat 00-30 dək mobil telefon əlaqəsində olublar. Sağlamlığı ilə əlaqədar heç bir şikayəti olmayıb. Bir az da Orxanın şəxsi həyatından: Bakıda sadə zəhmət adamlarının ailəsində 3-cü övlad- sonbeşik idi. 9-cu sinfi Suraxanı rayonunda yerləşən 104 saylı orta məktəbdə bitirmişdir. Ata -baba yurdu Ulu Göyçəsini çox sevərdi. Göyçə ilə bağlı televiziya verilişlərinə, internet səhifələrinə ,böyüklərin söhbətlərinə diqqət kəsilərdi. Dağlara çox meyilli idi. Ona görə də, 10 və 11-i siniflərdə oxumaq üçün Gədəbəydə yaşayan bibisigildə yaşamalı olur. Uşaqlığı ərköyün, dəcəl olsa da, dağların vüqarı, əzəməti, sanbalı , insanları Orxana elə sirayət etmişdi ki, tanınmayacaq dərəcədə dəyişmişdi. Xaraktercə, cox ciddi idi, fiziki cəhətdən güclü olsa da, özündən zəiflərin müdafiəçisi idi. Haqsızlığa dözmürdü. Həqiqət uğrunda daima mübarizə aparırdı. Çox qürurlu idi, amma, dikbaş deyildi. Onu sındırmaq mümkün deyildi. Ölümü sınmaqdan üstün tuturdu. Çox güman ki, özündən yuxarı çağırışçılara belə qürurlu əsgərlər xoş gələ bilməzdi. Görünür zəif, cılız, paxıllar Orxanın sınmayan qüruru qarşısında, ən böyük ədalətsizliyə də imza ata biliblər.

Təklif edərdim ki, yeni rəhbərlik ordu quruculugunda hər bir əsgərin sağ və salamatlığı üçün yeni üsullardan istifadə etsin. İndi dövlətimiz büdcədən orduya çox böyük yatırımlar ayırır. Hətta Ermənistan respublikasının illik büdcəsindən də artıq vəsait qoyulur. Çox yaxşı olardı ki, ilkin olaraq əsgər kazarmalarında təhlükəsizlik kameraları quraşdırılsın, əsgərlərlə psixoloji söhbətlər üçün təcrübəli psixoloqların mühazirələri təşkil olunsun. Orduya vətəndaş cəmiyyəti nəzarəti təmin edilsin. Bir də oğlu ölən anaların Müdafiə nazirinə deyilməli sözləri çoxdur. Cənab general, imkan tapıb oğlu ölmüş valideyni qəbul etsin. Bu həm təskinlik olardı, həm də ümumi işimizə müsbət nəticə verərdi. Bir də biganəlik evimizi yıxır. Orxan Gədəbəy rayonundan hərbi xidmətə çağırılmışdı. Səfərbərlik və çağırış üzrə Dövlət xidməti idarəsinin Gədəbəy şöbəsindən bu gün ki, günə qədər elementar insanlıq naminə oğlanlarını itirmiş valideynlərə başsağlığı da verilməyib. Bəs, bir toyuğu, bir cücəsi itən onu bir həftə axtarır. İnsan ölümünə qarşı bu qədər də etinasızlıq olarmı? Camaatın uşağını yığıb orduya göndərən sənsən! Sənin bütün tibbi komissiyalardan keçirib sağlam vəziyyətdə göndərdiyin əsgərinin cənazəsi qayıdıb! Nəhayət, onu demək istərdim ki, bir ölkədə yüz yox, bircə prezident olur. Gəlin, yuxarıdan aşağı, aşağıdan da yuxarıya qədər içimizdə bir güc tapıb hər bir sahədə baş verən neqativ hallara "YOX!!!" deməyi bacaraq. Dövlət məmurları Prezidentin etimadından sui istifadə etməsin. Yoxsa, bütün sahələrdə, eləcə də, orduda istədiyimizə lazımi səviyyədə nail ola bilməyəcəyik. /musavat/
1763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:08