Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

“MTN işi”ndə kələfin ucu itib - yeni şok təfərrüatlar

İstintaqa cəlb olunan çovdarovçular sahibkarlardan rüşvət alınmasını müəmmalı şəkildə ölmüş Azər Əliyevin adına çıxırlar; müstəntiqlər təkzibolunmaz faktlar toplamaqda çətinlik çəkir; Mahmudovun çetesinə daxil olan bir neçə şəxs bu üzdən həbsdən kənarda qala bilib, amma...

“MTN işi”ndə istintaqın uzanması, Eldar Mahmudovun, onun kassiri hesab edilən Akif Çovdarovun yaxın ətrafına daxil olan bir çox sabiq MTN-çilərin həbsdən kənar qalmalarının bəzi detalları haqda məlumat almışıq. Hazırda “MTN işi” üzrə 5-i general olmaqla, ümumilikdə 21 sabiq MTN əməkdaşı barəsində qətimkan tədbiri seçilib. 1 şəxs isə axtarışa verilib. Sabiq MTN-çilərdən biri, uzun illər qurumun Əməliyyat-Texniki İdarəsinin rəisi olmuş general Natəvan Mürvətova hazırda ev dustaqlığındadır.

MTN-dəki məlum 17 oktyabr əməliyyatından sonra belə xəbərlər vardı ki, Eldar Mahmudovun quruma gətirdiyi və özünün maddi maraqlarının təmin olunmasında iştirak edən bütün şəxslər istintaqa cəlb olunacaq. Sonradan isə istintaq 21 nəfərin həbsi ilə məhdudlaşdırıldı. Bununla belə, istintaqçılar Eldar Mahmudovun komandasına daxil olan MTN-çilərin işi üzrə araşdırmaları davam etdirirlər. Sahibkarların şikayətlərinin əsaslı sübutlarla və dəlillərlə bərkidilməsi üçün faktlar toplayırlar.

İstintaq işindən anlayışı olanlar bilir ki, ittihamın dayanıqlı olması üçün ən vacib şərt təkzibedilməz faktların ortaya qoyulmasıdır. Bu isə elə də asan iş deyil. Məsələni qəlizləşdirən məqam isə ittiham elan olunacaq şəxslərin istintaq işinə bələd olmaları, əməliyyat-axtarış fəaliyyətinin incəliklərini bilmələridir. Bu isə istintaqçıların işini bir qədər də çətinləşdirir.

Üstəlik, Akif Çovdarovun da istintaqa 17 oktyabrda baş tutan əməliyyatdan dərhal sonra deyil, xeyli sonra cəlb edilməsi ona ətrafına təlimatlar vermək imkanı qazandırıb. İstintaqa cəlb olunan MTN-çilərdən konkret şikayətçilər olsa da, həmin şəxslərin quru ifadələrindən başqa tutarlı faktlar ortada yoxdur. Odur ki, sorğu-suala çəkilən sabiq MTN-çilər intihar edən sabiq iş yoldaşlarının adını çəkməklə özlərini istintaqdan kənar qoymaq istəyirlər. İstintaqda adı hallandırılan mərhum MTN-çi isə 1975-ci il təvəllüdlü Azər Namiq oğlu Əliyevdir.A.Əliyev Akif Çovdarovun idarəsindəki çoxsaylı şöbələrdən birində çalışıb. Gələn məlumatlar onu deməyə əsas verir ki, A.Çovdarovun idarəsi MTN-in ən böyük idarəsi olub. Rüşvət toplanması da əsasən həmin idarə üzərindən gerçəkləşdirilib. Polkovnik A.Əliyev isə müəmmalı şəkildə binadan yıxılıb ölənə qədər A.Çovdarovun idarəsindəki apteklərə nəzarət edən şöbədə yüksək vəzifə tutub. O, 2015-ci il aprelin əvvəlində Nərimanov rayonu, Həsənoğlu küçəsi 16 saylı binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

A.Əliyev Akif Çovdarovun idarəsindəki çoxsaylı şöbələrdən birində çalışıb. Gələn məlumatlar onu deməyə əsas verir ki, A.Çovdarovun idarəsi MTN-in ən böyük idarəsi olub. Rüşvət toplanması da əsasən həmin idarə üzərindən gerçəkləşdirilib. Polkovnik A.Əliyev isə müəmmalı şəkildə binadan yıxılıb ölənə qədər A.Çovdarovun idarəsindəki apteklərə nəzarət edən şöbədə yüksək vəzifə tutub. O, 2015-ci il aprelin əvvəlində Nərimanov rayonu, Həsənoğlu küçəsi 16 saylı binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

A.Əliyevin ölüm işi ilə bağlı Nərimanov Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlansa da, sonradan cinayət tərkibi tapılmadığına görə işə xitam verilib. E.Mahmudovun çetesi ifşa olunandan sonra çoxsaylı sahibkarlar istintaq orqanlarına üz tutublar. Onlardan bir çoxu A.Çovdarovun idarəsinə aparılaraq orada Əli adlı şəxs tərəfindən dindirildiklərini, işgəncələrə məruz qaldıqlarını deyiblər. Bildiriblər ki, onlardan rüşvət alan da həmin Əli adlı şəxs olub.

Bu epizod üzrə istintaqa cəlb olunan, sorğu-suala tutulan MTN əməkdaşları sırasında Akif Çovdarovun idarəsində insan alveri şöbəsində çalışan Alı Nəbiyev və miqrasiya nəzarəti şöbəsində çalışan Elxan Məmmədov da var. Şikayətçilərlə üzləşmə zamanı sabiq MTN-çilər bir qayda olaraq onların şöbəsində rüşvətin Azər Əliyev tərəfindən toplandığını deyirlər. Alı Nəbiyevin əvvəllər sahibkarlarla ünsiyyəti zamanı onlara özünü Əli kimi təqdim etdiyi ehtimalı da araşdırılır.

Bu məlumatlar onu deməyə əsas verir ki, A.Çovdarovun yaxın əhatəsinə daxil olan şəxslər rüşvətqopartma əməliyyatları zamanı özlərinin adlarını, vəzifələrini də qurbanlarına səhv deyiblər. Gec-tez əməllərinin üstünün açılacağını göz altına alıblar. Bununla belə, rüşvətqopartma əməliyyatları zamanı sahibkarlardan alınan pulların bölgüsünün hansı qaydada olması da aydınlaşıb.

İstintaqa məlum olub ki, ən müxtəlif ittihamlarla MTN-ə aparılan sahibkarlardan alınan pulların 50 faizi sabiq nazirin özünə, yerdə qalan 50 faiz isə idarə, şöbə rəisi, istintaqçılar, əməliyyatçılar arasında bölünüb. Bölgü zamanı ən az məbləğ isə əməliyyatçılara çatıb. Bu gün Eldar Mahmudovdan başqa MTN-in aparatının rəhbəri general Fərhad Vahabov, İstintaq Baş İdarəsinin rəisi, general Mövlan Şıxəliyev, Eldar Mahmudovun müavini Hilal Əsədov barəsində hər hansı bir qətimkan tədbiri yoxdur. M.Şıxəliyev Novxanıdakı villasında, Hilal Əsədov isə Bakının mərkəzindəki mənzilində yaşayır, sərbəst hərəkət edirlər. Mərhum prezident Əbülfəz Elçibəyin həbs işində onun əleyhinə ifadə vermiş iki şəxsdən biri olmuş Fərhad Vahabova gəldikdə isə onun harada olması haqda məlumat yoxdur./criminal/

662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber