Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

İTV-nin əməkdaşı intihar edibmış... - FOTO

İTV-nin yanvarın 23-dən itkin düşən və meyiti ötən gün Xəzər dənizindən tapılan əməkdaşı Əliyev Rəşad Fikrət oğlunun intihar etdiyi məlum olub. Criminal.az musavat.com-a istinadən xəbər verir ki, Rəşad Əliyevin üzərində heç bir zorakılıq əlaməti və xəsarət aşkarlanmayıb.

İlkin məlumata görə, Rəşad Əliyevin ailəsində problemləri olub. Onun bu üzdən intihar etdiyi ehtimal olunur. Hazırda Rəşad Əliyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsindədir. Meyit ailəsinə bu gün təhvil veriləcək.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur./Criminal/

Oxşar

663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55