Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Rsəncani: “Dünya İranın nüvə silahı istehsal etmədiyini bilir”

“Dünya ictimaiyyəti İranın macəraçı bir ölkə olmadığını yaxşı bilir. Bu baxımdan İran nüvə silahı istehsal etmədiyini deyəndə haqlıdır”.

“Fars” xəbər agentliyinin məlumatına görə, bunu İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani bildirib.

Onun sözlərinə görə, Ali Dini Lider də nüvə silahını haram sayıb: “Bu bir həqiqətdir və düşmənlərimiz də bunu getdikcə yaxşı anlayacaqlar. Ancaq düşmən düşməndir, cahil də cahildir”.

H.Rəfsəncani İran xalqını səbirli olmağa çağırıb: “Xalqımız bu günə qədər göstərdiyi səbri və ayıq-sayıqlığı sayəsində böyük addımlar atdı. Bundan sonra da Allahın lütflərindən faydalanması çox uzun sürməyəcək və problemlər həll ediləcək”./apa/
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı