Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

Moskvada iş adamını qaçıran azərbaycanlılar tutuldu - Foto

Rusiyada dələduzluq edən azərbaycanlı dəstə tutulub.

Azərbaycandan gələnlərdən ibarət olan dəstə əsasən paytaxt Moskva ərazisində dələduzluq, soyğunçuluq ediblər.

Onları Krasnoqorsk sakini olan qadının polisə müraciətindən sonra yaxalamaq mümkün olub. O, iş adamı olan ərinə hücum edildiyini bildirib. Qadının sözlərinə görə, naməlum şəxslər silahla hədələyərək 39 yaşlı iş adamını oğurlayıblar və Mıtişinski rayonuna aparıblar. Orada iş adamının "Porsche Cayenne" maşınını, eləcə də üzərində olan 150 min rubl pulunu əlindən alıblar. Adı açıqlanmayan kişini ancaq girov kimi tələb edilən pulun geri qalan qismini verməyə razılaşdıqdan sonra buraxıblar.

Polisə müraciətdən sonra cinayət işi açılıb və əməliyyat başlanılıb. Nəticədə 4 dəstə üzvünü yaxalamaq mümkün olub. Onlardan üçü 28-39 yaşlı azərbaycanlı olub. Bəlli olub ki, son zamanlar adı açıqlanmayan azərbaycanlılar Naberejnıy Çelyı şəhərində yaşayıb, mütəzəm olaraq Moskva şəhərinə və Moskva vilayətinə "iş" dalınca gəliblər./ans/
661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40
HƏQİQƏT AXTARANLAR Ü