Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

Hökumət binasının girişində özünü partlatdı

Əfqanıstanın Pakistanla sərhəddə yerləşən Künər vilayətinin Əsadabad şəhərində kamikadze hücumu olub.

Terrorçunun özünü partlatması nəticəsində 11 nəfər ölüb, 40 nəfər yaralanıb.

Ölənlər arasında əfqan müdafiə dəstəsinin komandiri Hacı Xan Can da var. O, ötən il Talibana qarşı əməliyyatlarda iştirak edib.

Vilayətin qubernatoru Vahidulla Kərimzay terrorçunun motosikletlə hökumət kompleksinin girişinə gəldiyini və özünü partlatdığını bildirib./axar/
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...