Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

“OKİ” klinikası xəstəni böyrəksiz qoydu

Qusar rayonun Bədirqala kəndindən olan Elnarə Əhmədxanova Tofiqızı başına açılan müsibətlərdən söz açıb.

O, 2013-cü ildə rayonda fəaliyyət göstərən “OKİ” tibb mərkəzinə üz tutub. E.Əhmədxanova bədənində ağrılar olduğunu hiss edib və müayinə zamanı kista aşkarlanıb: “Həkimlər dedi ki, əməliyyat olunmalısan. Əməliyyat zamanı həkimlərin səhvi üzündən sol böyrəyimi deşdilər. Özləri bir çarə tapmadı deyə Bakıya Tusi klinikasına apardılar. Burada təkrar əməliyyat olundum. Həkim Samir Cavadov bildirdi ki, “səni kim bu hala salıb, belə səhv olar, böyrəyin zədəsi böyükdür”.
Şikayətçi qeyd edib ki, Tusi klinikasında müalicə aldıqdan sonra rayona qayıdıb və “OKİ” klinikasına gedib: “Klinikanın rəhbəri Malik həkim dedi ki, heç yerə şikayət etmə, 30 min manat dəymiş ziyanın təzminatını ödəyəcəyik, böyrəyini bərpa etdirərsən. Mən də razılaşdım. Ancaq heç bir təzminat ödənilməyib. Ona görə də ikinci böyrəyimi itirmək təhlükəsi ilə üzləşmişəm”./tia/
780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı